
Mövsümün sonunda “Mançester Siti”ni tərk edəcək yarımmüdafiəçi Kevin De Bruyne İngiltərə Premyer Liqasında qala bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin beş klubu belçikalı futbolçunu transfer etməkdə maraqlıdır.
De Bruyne üçün “Arsenal”, “Çelsi”, “Mançester Yunayted”, “Aston Villa” və “Nyukasl” yarışacaq.
33 yaşlı oyunçunun “şəhərlilər”lə hazırkı müqaviləsinin müddəti bu ilin iyununun sonunda başa çatacaq və o, azad agent olacaq. De Bruyne bu mövsüm 35 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib.