Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir

01:40 İngiltərə 87
Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir

Markus Reşford Çempionlar Liqasında çıxış edən klubda oynamaq istəyir.

Sportinfo.az xəbər verir ki, "ESPN"in məlumatına görə, "Aston Villa"ya "Mançester Yunayted"dən icarəyə verilmiş hücumçu növbəti klubunun Çempionlar Liqasına qatılan bir komanda olmasını arzulayır.

Reşford növbəti addımını mövsümün sonuna qədər təxirə salıb.

"Aston Villa" hələ də Markusun 40 milyon funt sterlinqə alınması ilə bağlı qərarını verməyib. Oyunçunun yüksək maaşı (həftədə təxminən 350 min funt sterlinq) bu qərarın qarşısında əngəl yarada bilər.

Reşford "Mançester Yunayted"ə qayıtmaq ehtimalını istisna etmir, amma hazırkı baş məşqçi Ruben Amorim altında müntəzəm oynayacağına inanmır.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 08:20 Barbara, Fatimə, Ayan...