“Yalan danışmayacam, bu komandada çətin günlər yaşadım”

00:20 İngiltərə 102
“Yalan danışmayacam, bu komandada çətin günlər yaşadım”

“Betis”də icarə əsasında çıxış edən “Mançester Yunayted”in hücumçusu Antoni “qırmızı şeytanlar”da üzləşdiyi çətinliklərdən danışıb.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu “Mançester Yunayted”də çətin günlər yaşadığını bildirib:

“Yalan danışmayacam, “Mançester Yunayted”də çətin günlər yaşadım. Belə olmayıb desəm, bu, yalan olar”.

Antoni cari mövsümdə “Betis”in heyətində 17 oyuna çıxaraq 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

O, “Mançester Yunayted”lə isə 14 matçda iştirak edib və yalnız 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Betis”lə icarə müqaviləsinin müddəti bu il iyunun 30-da başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 08:20 Barbara, Fatimə, Ayan...