Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq - Bu iki klub

10:20 İngiltərə 146
Növbəti mövsüm Premyer Liqada mübarizə aparacaq - Bu iki klub

“Lids Yunayted” və “Bernli” növbəti mövsüm İngiltərə Premyer Liqasında mübarizə aparmaq hüququ əldə ediblər.

Sportinfo.az xəbər verir ki, komandalar buna Çempionşipdə mövsümün bitməsinə 2 tur qalmış nail olublar.

“Lids Yunayted” 44-cü turda “Stok Siti”ni 6:0 hesabı ilə darmadağın edib. “Bernli” isə “Şeffild Yunayted”ə 2:1 hesabı ilə qalib gəlib.

Hazırda turnir cədvəlində “Lids Yunayted” 94 xalla 1-ci, “Bernli” eyni xalla 2-cidir. 3-cü yerdəki “Şeffild Yunayted”in isə 86 xalı var.

Nəticədə “Şeffild Yunayted”in ilk 2 pillədəki komandalara çatmayacağı dəqiqləşib.

“Bernli” 2023/2024 mövsümünün sonunda Premyer Liqadan Çempionşipə düşüb. “Lids Yunayted” isə 2022/2023 mövsümünün sonunda Premyer Liqanı tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti