
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim top-hücumçu almaq zərurəti ilə bağlı sualı cavablandırıb.
Rasmus Hoylund komandanın digər hücumçuları kimi məhsuldar ola bilmir.
Buna görə də, jurnalistlər portuqaliyalı mütəxəssisə “Mançester Yunayted”in özünü sübut etmiş forvard alıb-almayacağı barədə sual veriblər.
Sportinfo.az “UtdDistrict”-ə istinadən xəbər verir ki, Amorim komanda olaraq təkmilləşməli olduqlarını söyləyib:
“Söhbət komandadan gedir. Biz nəyi əskik etdiyimizi bilirik, amma öndə qol vurmağa qadir olan ən azı üç oyunçu ilə oynayırıq.
Hücumda topu lazımi bölgələrə çatdıra bilən yarımmüdafiəçilərimiz var. Bütün komanda daha çox qol vurmalıdır.
Komanda olaraq təkmilləşməliyik, çünki qol olmadan oyunlarda qalib gəlmək mümkün deyil”.
“Qırmızı şeytanlar” dünən evdə Premyer Liqa çərçivəsində keçirilən “Vulverhempton”la matçda məğlub olub (0:1). Baxmayaraq ki, Amorimin də dediyi kimi, kifayət qədər şanslar var idi və onlar rəqiblərindən heç də pis görünmürdülər.