
İngiltərə Premyer Liqasında 33-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, çempionluq yolunda növbəti matçına çıxan "Liverpul" səfərdə "Lester Siti" ilə qarşılaşıb.
Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Nu qələbə ilə xallarının sayını 79-a yüksəldən lider "Liverpul" 2-ci pillədəki "Arsenal"la xal fərqini 13-ə yüksəldib. "Lester Siti"nin isə bu məğlubiyyətlə sona 5 tur qalmış Premyer Liqanı tərk edəcəyi dəqiqləşib.
"Lester Siti" - "Liverpul" 0:1
Qol: T.Arnold,76