İrlandiyalı müdafiəçi ilə maraqlanır - Paytaxt təmsilçisi

20 Aprel 21:15 İngiltərə 117
İrlandiyalı müdafiəçi ilə maraqlanır - Paytaxt təmsilçisi

“Brayton”un müdafiəçisi Natan Kollins İngiltərə Premyer Liqasının top klublarından birinin transfer hədəfinə çevrilib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal” irlandiyalı futbolçu ilə maraqlanır.

London klubunun rəhbərliyi müdafiəçini Uilyam Salibanın əvəzedicisi kimi nəzərdən keçirir. Fransalı futbolçu yayda klubunu dəyişə bilər.

Kollins bu mövsüm 36 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 20:00 Çək və bizə göndər!
20 Aprel 11:30 Həm SİZ, həm BİZ...