
“Liverpul”un hücumçusu Darvin Nunyesin gələcəyi bu ilin fevralından dəyişməz qalıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçunun bu yay klubu tərk edəcəyi gözlənilir.
“Liverpul” yaxın aylarda Nunyes üçün istənilən təklifi nəzərdən keçirəcək. Hücumçunun özünün karyerasında yeni çağırışlara hazır olduğu qeyd edilir.
25 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 42 matçda iştirak edib, 7 qol vurub və 7 məhsuldar ötürmə verib.