Portuqaliya millisinin müdafiəçisi transfer etmək istəyir - Premyer Liqa nəhəngi

19 Aprel 18:20 İngiltərə 160
Portuqaliya millisinin müdafiəçisi transfer etmək istəyir - Premyer Liqa nəhəngi

"Sportinq" müdafiəçisi Qonçalo İnasio karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, "Mançester Yunayted" portuqaliyalı futbolçunu transfer etmək istəyir.

Bu barədə "A Bola" nəşri məlumat yayıb.

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim "Sportinq"də rəhbərliyi altında oynamış mərkəz müdafiəçisini yenidən komandasında görməyi planlaşdırır. Portuqaliya klubu sərfəli təklif gələcəyi təqdirdə 23 yaşlı oyunçunu satmağa hazırdır.

Qonçalo İnasio "Sportinq"in yetirməsidir. Portuqaliya millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!