“Geri qayıtmaq istəməsinə şübhəm yoxdur, mən buna yüz faiz əminəm”

01:40 İngiltərə 131
“Geri qayıtmaq istəməsinə şübhəm yoxdur, mən buna yüz faiz əminəm”

İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi “Aston Villa”da icarə əsasında çıxış edən “Mançester Yunayted”in hücumçusu Markus Reşford haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunun mövsümün sonunda öz klubuna qayıdacağına şübhə etmir:

“Reşfordun “Mançester Yunayted”ə qayıtmaq istədiyinə şübhəm yoxdur. Mən özüm buna yüz faiz əminəm.

O, bu klubu dəstəkləyir. Son il yarım Reşford üçün çətin oldu və onun start heyətində sabit yerə ehtiyacı var”.

Reşford 2015-ci ildən “Mançester Yunayted”in oyunçusudur.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"