
“Mançester Yunayted”in yetirməsi olan Co Tompson 36 yaşında vəfat edib.
“Roçdeyl”in sabiq yarımmüdafiəçisinə ötən ilin aprelində, futboldan ayrıldıqdan beş il sonra üçüncü dəfə xərçəng diaqnozu qoyulmuşdu.
Tompsona ağciyərlərinə yayılmış qan xərçəngi növü olan 4-cü mərhələdə lenfoma diaqnozu qoyulmuşdu.
O, bundan əvvəl futbolçu karyerası ərzində iki dəfə xəstəliyə qalib gəlmişdi.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” paylaşdıqları bəyanatda keçmiş futbolçunun vəfatına kədərləndiklərini bildirib:
“Klubumuzun dəyərlərini təcəssüm etdirən insan. Co Tompsonun vəfat etdiyini elan etməkdən kədərlənirik.
Gənc yaşlarından klubumuzla dərin əlaqələri olan isti, açıq insan. Düşüncələrimiz bu çətin anda Conun ailəsi və dostları ilədir”.
Tompson “Mançester Yunayted”də yüksək səviyyədə oynamayıb. O, həmçinin “Tranmere Rovers”, “Blak Bury”, “Southport” və “Karsli Yunayted” kimi klublarda da çıxış edib.