Kapitanla sözləşmənin müddətini uzatdı - Premyer Liqanın lideri

18 Aprel 00:10 İngiltərə 174
Kapitanla sözləşmənin müddətini uzatdı - Premyer Liqanın lideri

“Liverpul” mövsümün sonunda müqaviləsi başa çatan kapitan Vircil van Deyki komandada saxlamağı bacarıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın lideri niderlandlı mərkəz müdafiəçisinin sözləşməsinin müddətini uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı futbolçu 2026/2027 mövsümünün sonuna kimi "qırmızılar"ın formasını geyinəcək.

“Liverpul” Vircil van Deyki 2018-ci ilin yanvar ayında “Sauthempton”dan transfer edib. Təcrübəli oyunçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 44 rəsmi görüşdə 4 qol vurub, 1 assist edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"