
“Sauthempton”un yarımmüdafiəçisi Tayler Diblinq Premyer Liqadan düşdüyü üçün mövsümün sonunda klubu tərk edəcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda “Bayern” və “Leyptsiq” ingilis futbolçu ilə maraqlanır.
Diblinq artıq Almaniya futbolunda özünü sınamağa etiraz etməyəcəyini bildirib. “Sauthempton” öz yetirməsi üçün təxminən 100 milyon avro almağı planlaşdırıb, lakin çox güman, sonda bu məbləğ 80 milyondan çox olmayacaq.
19 yaşlı yarımmüdafiəçi bu mövsüm 33 matçda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə verib.