“Arsenal”ın bu 3 futbolçusu “Real”ı gücləndirə bilər

16 Aprel 00:10 İngiltərə 240
“Arsenal”ın bu 3 futbolçusu “Real”ı gücləndirə bilər

İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi “Arsenal” oyunçularından hansının “Real”ın gücünü artıra biləcəyi ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “TBR Football”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş hücumçu “topçular”dan üç futbolçunun adını çəkib.

O, Raul Asensionun yerinə Vilyam Salibanı mərkəz müdafiəçisi mövqeyinə, Mayls Luis-Skelli David Alabanın yerinə sol cinah müdafiəçisi və Deklan Raysı Federiko Valverdeni əvəzləyəcək mərkəz oyunçularından biri kimi seçib.

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal” – “Real” matçında “topçular” 3:0 hesabı ilə qalib gəlib. Cavab oyunu sabah “Santyaqo Bernabeu”da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
April
2025
SunMonTueWedThuFriSat