
“Tottenhem”in rəhbərliyi baş məşqçi postuna bir neçə namizədi nəzərdən keçirir.
Sportinfo.az xəbər verir ki, bu barədə “teamtalk.com” məlumat yayıb.
Hazırkı çalışdırıcı Angelos Postekoqlu çempionatdakı qeyri-qənaətbəxş nəticələrə görə qovula bilər.
Komanda hazırda Premyer Liqanın turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb ki, bu da onların 1994-cü ildən bəri ən pis göstəricisidir.
Avstraliyalı mütəxəssisin avrokuboklarda özünü sübut etmək şansı hələ də var. Onun komandası Avropa Liqasının 1/4 final mərhələsinin cavab matçında “Ayntraxt”la qarşılaşacaq (ilk oyun 1:1).
Londonlular Andoni İraolanın xidmətində çox maraqlıdır, ancaq “Bornmut” rəhbərliyi onun getməməsi üçün mümkün olan hər şeyi etməyi planlaşdırır.
Postekoqlunu əvəz etmək üçün digər seçimlərə “Fulhem”dən Marko Silva və “Brentford”dan Tomas Frank daxildir.