
“Mançester Yunayted”in qapıçısı Andre Onana Avropa Liqasının 1/4 final mərhələsinin “Lion”la ilk oyununda (2:2) zəif çıxışından sonra komandanın start heyətində yerini itirə bilər.
Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, qolkiper iki baha başa gələn səhvə yol verib və klub rəhbərliyi onun növbəti oyunlarda start heyətində meydana çıxmasını istəmir.
29 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 31 oyun keçirib və 41 qol buraxıb.
“Qırmızı şeytanlar”ın növbəti oyunu Premyer Liqanın 32-ci turunda “Nyukasl”a qarşı olacaq. Oyun bu gün keçiriləcək.