Futbol tarixinin ən bahalı transferi ola bilər - Bu keçid baş tutsa

13 Aprel 12:45 İngiltərə 954
Futbol tarixinin ən bahalı transferi ola bilər - Bu keçid baş tutsa

“Barselona”nın vingeri Lamin Yamal karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Barca Universal” məlumat yayıb.

Bildirilib ki, “Mançester Siti” yarımmüdafiəçinin xidmətində maraqlıdır və transfer üçün Kataloniya klubuna 275 milyon avro təklif edib.

Keçid baş tutarsa, bu futbol tarixinin ən bahalı transferi ola bilər.

Lamin bu mövsüm 43 matçda iştirak edib, 14 qol vurub və 21 məhsuldar ötürmə edib. Futbolçunun “Barselona” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

“Transfermarkt” portalı futbolçunun transfer dəyərini 180 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!
14 Aprel 17:20 Oralarda bir Emil var...
14 Aprel 11:00 Burada sənə YER VAR!