
Adı açıqlanmayan Səudiyyə Ərəbistanı klublarından biri “Barselona”nın 17 yaşlı hücumçusu Lamin Yamalla müqavilə imzalamaqda maraqlıdır.
Sportinfo.az xəbər verir ki, bu barədə “Barca Universal” nəşri məlumat yayıb.
Ölkənin aparıcı futbol klublarından biri İspaniya millisinin hücumçusu üçün 400 milyon avro ödəməyə hazırdır.
Sözləşmə baş tutsa, bu, futbol tarixində rekord olacaq. Ən bahalı transfer braziliyalı forvard Neymarın “Barselona”dan PSJ-yə 222 milyon avroya transferi olaraq qalır.
“Barselona” gənc yetirməsini satmamaq qərarına gəlib. Kataloniyalılar Yamalla yeni müqavilə bağlamaq istəyirlər.