
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Liverpul”un hücumçu Məhəmməd Salahla yeni müqavilə imzalaması xəbərinə münasibət bildirib.
Sportinfo.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı bunun əla xəbər olduğunu söyləyib:
“Bu əla xəbərdir. Amma bu məsələdə “Liverpul” azarkeşləri və komandanın baş məşqçisi Arne Slotla əlaqə saxlamaq daha yaxşıdır. Salahın səviyyəsinə heç bir şübhəm yoxdur”.
Dünən misirli hücumçunun mersisaydlılarla müqaviləsinin müddətini 2027-ci ilin ortalarına qədər uzatdığı açıqlanmışdı.
O, bu mövsüm komandanın heyətində 45 oyun keçirib, 32 qol vurub və 22 məhsuldar ötürmə edib.