"Düzünü desəm, onun öz komandasını bəyəndiyini düşünmürəm"

12 Aprel 00:10 İngiltərə 170
"Düzünü desəm, onun öz komandasını bəyəndiyini düşünmürəm"

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Pol Skoulz İngiltərə klubunun baş məşqçisi Ruben Amorimin heyətdən narazı olduğunu düşünür.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu bunları deyib:

“Çətin ki, Ruben Amorim komandasının inkişaf edə biləcəyini düşünür. Düzünü desəm, onun öz komandasını bəyəndiyini düşünmürəm.

Düşünürəm ki, o, çox yaxşı komandası olmadığını başa düşür. Daha çox istəyir.

Hətta kənarda özünü necə apardığını da görə bilərsiz. Düşünürəm ki, o, həmişə məyus görünür”.

“Mançester Yunayted” Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Lion”la 2:2 hesablı heç-heçə edib.

“Qırmızı şeytanlar” Premyer Liqada 31 oyundan sonra turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"