
İngiltərəli UFC döyüşçüsü Peddi Pimblett futbolçu Trent Aleksander-Arnoldun “Liverpul”dan “Real”a gözlənilən transferi ilə bağlı fikirlərini bildirib.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, ingilis futbolçunun “Liverpul”un unudulmaz oyunçusu olmaq şansını itirdiyini söyləyib:
“O, “ilan”dır. O, haradan gəldiyini və Qərbi Liverpuldan olan oğlan olmağın nə demək olduğunu unudub. Mən şəhərim və uşaqlıqdan bəri dəstəklədiyim komanda üçün titullar qazanmağa görə hər şeyi verərdim.
O, “Liverpul”un əfsanəsi ola bilərdi. O, kapitan olmaq istədiyini deyirdi, bütün bu müddət ərzində yalan danışırdı?
Köklərini unutdu. Karyerasının nəticələrinə əsasən onun şərəfinə heykəl qoyula bilərdi. İndi o, unudulacaq”.
Aleksander-Arnold “qırmızılar”ın heyətində 349 oyun keçirib, 22 qol vurub və 87 məhsuldar ötürmə edib.