Gözünü “Barselona”nın aparıcı futbolçusuna dikib - Qvardiola

11 Aprel 00:00 İngiltərə 196
Gözünü “Barselona”nın aparıcı futbolçusuna dikib - Qvardiola

“Mançester Siti” futbolçularının hücumdakı çıxışından narazıdır.

Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, Premyer Liqa klubu Erlinq Haland üçün daha çox qol imkanları təmin edəcək bir oyunçu ilə müqavilə bağlamaq istəyir.

Baş məşqçi Pep Qvardiola Rafinyanı “Mançester Siti”də görmək istəyir.

“Şəhərlilər” braziliyalı futbolçunun transferi üçün “Barselona”ya böyük məbləğdə pul ödəməyə hazırdırlar. Ancaq müqavilənin tamamlanma ehtimalı çox aşağıdır.

Məsələ burasındadır ki, Rafinya Hans-Diter Flikin rəhbərliyi altında Kataloniya komandasında çıxışını davam etdirmək istəyir.

28 yaşlı vinger cari mövsümdə 45 oyun keçirib, 28 qol vurub və 22 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti