
“Çelsi”nin 23 yaşlı vingeri Noni Madueke “Tottenhem”ə qayıda bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Caught Offside” nəşri məlumat yayıb.
“Tottenhem” 2018-ci ildə komandadan ayrılan yetirməsinə böyük maraq göstərir. Onlar hazırda bu yay Maduekeni transfer etmək imkanlarını araşdırırlar.
İngiltərəli futbolçu bu mövsüm bütün turnirlərdə 30 matçda iştirak edib, 8 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Çelsi” ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.