“Qarabağ”ın sabiq hücumçusunun komanda yoldaşı ola bilər - Məşhur futbolçu

9 Aprel 01:40 İngiltərə 1 559
“Qarabağ”ın sabiq hücumçusunun komanda yoldaşı ola bilər - Məşhur futbolçu

“Arsenal”da çıxış edən yarımmüdafiəçi Jorjinyo İngiltərəni tərk edərək, karyerasını Braziliya çempionatında davam etdirə bilər.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Flamenqo” 33 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.

Jorjinyo Braziliya klubuna azad agent kimi keçə bilər. Onun “topçular”la hazırkı müqaviləsinin müddəti bu ilin iyununun sonunda başa çatacaq.

O, İngiltərə çempionatının cari mövsümündə “Arsenal”ın heyətində 13 oyun keçirib.

“Qarabağ”ın sabiq hücumçusu Juninyo da “Flamenqo”da forma geyinir.

Digər Xəbərlər
Xəbər Lenti