İki futbolçusu ilə yeni müqavilə imzalayacağlna ümid edir – Premyer Liqa klubu

8 Aprel 22:00 İngiltərə 241
İki futbolçusu ilə yeni müqavilə imzalayacağlna ümid edir – Premyer Liqa klubu

Məhəmməd Salah və Vircil van Daykın yayda ayrılacaqları ilə bağlı şayiələrə baxmayaraq, hər iki futbolçu “Liverpul”da qala bilər.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, mersisaydlılar hər iki futbolçu ilə müqavilə müddətini uzada biləcəklərinə inanırlar.

Misirli hücumçu ilə niderlandlı müdafiəçinin sözləşmələrinin müddəti bu ilin yayında başa çatacaq. Tərəflər arasında əməkdaşlığın uzadılması ilə bağlı danışıqlar müsbət şəkildə davam edir.

“Liverpul” bu mövsüm İngiltərə Premyer Liqasında inamla birinci yeri tutur. Arne Slotun komandası 31 turda 73 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Arsenal”ı 11 xal qabaqlayır.

Digər Xəbərlər
Xəbər Lenti