
“Aston Villa” “Barselona”nın hücumçusu Ferran Torreslə maraqlanır.
Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, ingilislər artıq bir neçə aydır ki, ispaniyalı futbolçuya iddialılar sırasındadır.
Birmingem klubu Hans-Diter Flikin komandasının start heyətində daimi yeri olmayan 25 yaşlı oyunçu üçün “Barselona”ya 50 milyon avro təklif etməyə hazırdır.
“Transfermarkt” portalı onun dəyərini 28 milyon avro qiymətləndirir.
Torres bu mövsüm “Barsa”nın heyətində 36 matçda iştirak edib, 16 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun kataloniyalılarla müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.