Premyer Liqanın top-klubunun maraq dairəsinə düşdü

15:20 İngiltərə 110
Premyer Liqanın top-klubunun maraq dairəsinə düşdü

“Aston Villa”nın hücumameyilli yarımmüdafiəçisi Morqan Rocers İngiltərə Premyer Liqasının top-klubunun maraq dairəsinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola şəxsən özü 22 yaşlı futbolçu ilə maraqlanır.

Rocers bu mövsüm 30 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun “Aston Villa” ilə hazırkı müqaviləsi 2030-cu ilin iyunun sonunda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti