"Mənə elə gəlir ki, istənilən mövqedə təhlükəli ola bilərəm"

10:20 İngiltərə 130
"Mənə elə gəlir ki, istənilən mövqedə təhlükəli ola bilərəm"

“Mançester Siti”nin hücumçusu Ömər Marmuş komandadakı mövqeyi ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, misirli futbolçu komandada istənilən mövqedə oynaya biləcəyini deyib:

“Hücumda bütün mövqelərdə rahatam. Milli komandada cinahda çıxış edirəm. “Mançester Siti”də isə “9 nömrə”,

“8 nömrə” və cinah oyunçusu mövqelərində oynayıram. Bu, baş məşqçinin nəyə ehtiyacından asılıdır. Mənə elə gəlir ki, istənilən mövqedə təhlükəli ola bilərəm. Mən həmişə əlimdən gələni etməyə və tələblərə əməl etməyə çalışıram”.

26 yaşlı futbolçu yanvar ayında “Ayntraxt”dan (Frankfurt) “Mançester Siti”yə keçib.

Digər Xəbərlər
Xəbər Lenti