
Məhəmməd Salah “Liverpul”la yeni müqavilə bağlaya bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar”ın misirli hücumçunun nümayəndələri ilə danışıqları müsbət şəkildə davam edir.
“Liverpul” müdafiəçi Trent Aleksander-Arnoldun “Real”a getməsindən sonra Salahın maliyyə şərtlərini təmin etməyə hazır olacaq.
Aleksander-Arnoldun gedişi mersisaydlıların maaş yükünü ciddi şəkildə azaldacaq.
31 yaşlı Salahın “Liverpul”la hazırkı müqaviləsinin müddəti bu il iyunun sonunda başa çatacaq. O, bu mövsüm 43 oyun keçirib, 32 qol vurub və 22 məhsuldar ötürmə edib.