Premyer Liqasının başqa klubuna keçəcək? - Tezliklə satıla bilər

27 Mart 20:50 İngiltərə 257
Premyer Liqasının başqa klubuna keçəcək? - Tezliklə satıla bilər

“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş İngiltərə Premyer Liqasının başqa klubuna keçə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Blue_Footy” nəşri məlumat yayıb.

“Şəhərlilər” ingiltərəli vingerini yay transfer pəncərəsində satmağa hazırdır. “Çelsi”nin Qriliş üçün iddialı olduğu deyilir. Daha əvvəl “Milan”ın da onunla maraqlandığı bildirilirdi.

29 yaşlı yarımmüdafiəçi 2021-ci ilin avqustundan “Mançester Siti”də oynayır. Tərəflər arasındakı müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatacaq.

O, bu mövsüm Premyer Liqada 16 oyun keçirib və cəmi 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Mart 11:30 İstədiyiniz nədir?