
“Everton”un müdafiəçisi Cerrad Brantueyt “Liverpul”un transfer hədəfləri arasında qalır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” keçən il də ingiltərəli üçün iddialılar arasında olublar, ancaq konkret danışıqlar aparılmayıb.
“Liverpul” yayda Brantueytlə müqavilə imzalamağa cəhd edə bilər, amma bu, asan olmayacaq.
“Everton” futbolçusunu satmaq istəmir, satsa belə, ən azı 80 milyon funt sterlinq (demək olar ki, 96 milyon avro) istəyəcək.
Brantueytlə “Mançester Yunayted”, “Mançester Siti” və digər aparıcı klublar da maraqlanır. Onun iyunda 23 yaşı tamam olacaq.