
“Liverpul”un keçmiş oyunçusu Cimi Karrager mersisaydlıların müdafiəçisi Trent Aleksander-Arnoldun “Real”a azad agent kimi keçməyə yaxın olması ilə bağlı yayılan xəbərlərə cavab verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, azad agent kimi getməyin yaxşı qərar olmadığını söyləyib:
“O, yerli oğlandır, həyatının 20 ilini burada keçirib. Məncə, “Real”a azad agent kimi getmək yaxşı qərar deyil.
Sizi inandırım ki, azarkeşlər də eyni fikirdədir. Bir klubdan gələndə sizdən müəyyən standartlar gözlənilir.
Aleksander-Arnoldun “Liverpul”u gənclik yetirməsi olaraq tərk etməsi çətindir, xüsusən də azad agent kimi”.
Aleksander-Arnold 1 iyuldan rəsmi olaraq “Real”ın oyunçusu olacaq. İngiltərəli futbolçunun agentləri madridlilərlə mövsüm başına 15 milyon avro maaşla beş illik müqavilə haqqında razılığa gəliblər.