
“Bayern”in və İngiltərə millisinin hücumçusu Harri Keyn yığmanın baş məşqçisi Tomas Tuxelin rəhbərliyi altında çalışmaqdan məmnun olduğunu bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı mütəxəssislə işləməyin xoş olduğunu deyib:
“Müdafiədə olan 11 oyunçuya qarşı oynamaq çətindir. Ümumilikdə, iki təmiz qələbə ilə kifayətlənmək olar.
Səbirli olmalıyıq. Tuxel fantastikdir. Onunla işləmək xoşdur, o, oyunumuza ehtiras gətirdi”.
Tuxel 2025-ci il yanvarın 1-dən İngiltərə millisində vəzifəsinin icrasına başlayıb.
İngiltərə millisi DÇ-2026-nın seçmə mərhələsində Albaniya (2:0) və Latviya yığmasına (3:0) qalib gəlib.