
”Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne mövsümün sonunda komandasını tərk etməyə yaxındır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” artıq ona “varis” axtarmağa başlayıblar
. “Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simons İngiltərə klubunun maraq dairəsinə düşüb. “Mançester Siti” futbolçunu almaq üçün təxminən 110 milyon avro xərcləməyə hazırdır.
Simons bu mövsüm 18 matçda iştirak edib, 7 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.