
“Sauthempton”un yarımmüdafiəçisi Tayler Diblinqlə İngiltərə Premyer Liqasının iki top-klubu maraqlanır.
19 yaşlı futbolçu “müqəddəslər”in çempionatdakı zəif nəticələrinə baxmayaraq (Premyer Liqada sonuncu – 20-ci yer), özünü yaxşı tərəfdən göstərməyi bacarıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc oyunçuya əsas namizədlər yerli klublardan “Mançester Siti” və “Tottenhem”dir.
Almaniyadan “Leyptsiq” və “Bayern” də ingiltərəli futbolçunun çıxışını izləyir, ancaq hələlik heç bir konkret addım atılmayıb.
Diblinq bu mövsüm 4 qol vurub, 2 məhsuldar ötürmə edib.