“Mançester Yunayted” transfer etməkdə maraqlıdır – Niderlandlı hücumçunu

26 Mart 01:30 İngiltərə 214
“Mançester Yunayted” transfer etməkdə maraqlıdır – Niderlandlı hücumçunu

“Bornmut”un hücumçusu Castin Kluyvert karyerasını İngiltərənin başqa klubunda davam etdirə bilər.

Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” niderlandlı futbolçunu transfer etməkdə maraqlıdır.

“Qırmızı şeytanlar”ın rəhbərliyi yayda Kluyvertin transferini rəsmiləşdirmək istəyir. Potensial müqavilə 50 milyon avro dəyərində qiymətləndirilir.

25 yaşlı forvard 2023-cü ilin yayından “Bornmut”da çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyunun sonuna kimidir.

O, İngiltərə çempionatının cari mövsümündə 28 oyun keçirib, 12 qol vurub və 6 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 22:05 "Problem olmayacaq"
March
2025
SunMonTueWedThuFriSat