
“Mançester Yunayted”in qapıçısı Andre Onana komandasını tərk edərək karyerasını başqa çempionatda davam etdirə bilər.
Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” kamerunlu qolkiperi Səudiyyə Ərəbistanı klublarına satmağa hazırdır.
İngiltərə klubunun rəhbərliyi Onananın əvəzedicisi kimi “Lill”dən Luka Şevalyerin namizədliyini nəzərdən keçirir. Onun transfer dəyəri 47 milyon avro qiymətləndirilir.
Onana bu mövsüm 40 matçda meydana çıxıb, 9 dəfə qapısını toxunulmaz saxlaya bilib. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.