
“Vulverhempton”un müdafiəçisi Rayan Ait-Nuri karyerasını “Tottenhem”də davam etdirə bilər.
Sportinfo.az “Africa Foot”-a istinadən xəbər verir ki, London klubu əlcəzairli futbolçu üçün artıq “Vulverhemptona”a təklif göndərib.
Potensial müqavilənin 35,7 milyon avro dəyərində ola biləcəyi iddia edilir.
23 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 32 matçda meydana çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun “Vulverhempton”la müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.