
“Liverpul” “Barselona”nın maraqlandığı hücumçusu Luis Diasla ayrılmaq niyyətində deyil.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu artıq kolumbiyalı futbolçunu transfer etmək üçün maliyyə vəsaiti axtarır.
Forvardın özü də İspaniya klubuna keçməkdə maraqlıdır. Lakin “Liverpul” Diası satmaq istəmir, ona görə də onunla yeni müqavilə imzalamağa çalışır.
Futbolçunun “qırmızılar”la hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. O, bu mövsüm 42 matçda 13 qol vurub və 5 məhsuldar ötürmə edib.