
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes komandanın sabiq kapitanı Roy Kinin tənqidlərinə cavab verib.
İrlandiyalı keçmiş futbolçu, Fernandesin liderlik keyfiyyətlərinin olmadığını bildirib.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, portuqaliyalı oyunçu bunu eşitməkdən məmnun olmadığını deyib:
“Bunu eşitməkdən məmnun deyildim. Amma eyni zamanda, belə sözlər sizi daha da çox işləməyə sövq edir. Kinə hörmət edirəm, o, “Mançester Yunayted” tarixinin ən yaxşı kapitanlarından biri olub.
Bu, onun şəxsi fikridir, buna hörmət edilməlidir. Oyunumu təkmilləşdirə biləcəyimi və komandanın daha da böyük lideri ola biləcəyimə əminəm”.
30 yaşlı yarımmüdafiəçi Premyer Liqanın cari mövsümündə 28 oyun keçirib, 8 qol vurub və 9 məhsuldar ötürmə edib.