“Premyer Liqada ilk “dördlüy”ə düşə bilməsək, çox üzüləcəyik”

20 Mart 13:10 İngiltərə 233
“Premyer Liqada ilk “dördlüy”ə düşə bilməsək, çox üzüləcəyik”

“Çelsi”nin qapıçısı Robert Sançes İngiltərə Premyer Liqasının 29-cu turunda “Arsenal”a son məğlubiyyəti şərh edib.

Sportinfo.az London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı qolkiper mümkün qədər çox xal qazanmaları üçün çox çalışmalı olduqlarını bildirib:

“Paltardəyişmə otağında vəziyyətimizi müzakirə edirik, bilirik ki, doqquz matç qalıb. “Arsenal”a uduzduq, bunu qəbul edib irəli getməliyik.

Çalışmalıyıq ki, mümkün qədər çox xal qazanaq. Qalan oyunlarda yüz faiz nəticə əldə etməliyik. İlk 4-lüyə düşə bilməsək, çox üzüləcəyik”.

“Çelsi” Premyer Liqada son matçında “topçular”a 0:1 hesabı ilə uduzub. “Zadəganlar” bu uğursuzluqdan sonra turnir cədvəlinin 4-cü pilləsindəki yerlərini qoruyublar.

Digər Xəbərlər
Xəbər Lenti