
“Bornmut”un mərkəz müdafiəçisi Din Heysenlə müqavilə bağlamaq istəyən istənilən klubun nə qədər ödəyə biləcəyi məlum olub.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun yayda müqaviləsindəki 59,5 milyon avro məbləğində satınalma maddəsi qüvvəyə minəcək.
Qeyd olunur ki, bu, tamamilə bütün klublara aiddir.
Daha əvvəl “Real”, “Bayern”, “Çelsi”, “Tottenhem” və Avropanın başqa klublarının Heysenlə maraqlandığı bildirilib.
O, bu mövsüm bütün turnirlər daxil olmaqla 27 matçda meydana çıxıb və 2 qol vurub.