
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel komandası ilə işindən danışıb.
Sportinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı düzgün yolda olduğunu düşünür:
“Mən bu işlə çox maraqlanıram. Artıq çoxlu səfərlər, telefon zəngləri etmişəm. Düşünürəm ki, düzgün yoldayam.
Futbolçularla ünsiyyətdən zövq alıram. Onların hər biri müəyyən mənada unikaldır.
Əsas mükafatlar uğrunda mübarizə aparmaq niyyətindəyik. Qarşıda bizi böyük vəzifələr gözləyir. Biz çalışacağıq”.
Tuxel bu ilin yanvarından İngiltərə millisi ilə çalışmağa başlayıb. Tərəflər arasında 2026-cı il dünya çempionatının sonuna qədər nəzərdə tutulan müqavilə bağlanıb.