
“Liverpul”un müdafiəçisi və kapitanı Vircil van Dayk Səudiyyə Ərəbistanından gələn sərfəli təklifə baxmayaraq, MLS klubuna keçməyə meyllidir.
Sportinfo.az xəbər verir ki, bu barədə “Get French Football News” nəşri məlumat yayıb.
“Liverpul” Van Daykın əvəzedicisi kimi Dortmund “Borussiya”sının 25 yaşlı müdafiəçisi Niko Şlotterbeki nəzərdən keçirir. Mersisaydlılar müqaviləni 50 milyon avroya bağlamağa ümid edirlər.
Daha əvvəl mətbuatda Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun “Liverpul”un kapitanına ilkin olaraq 20 milyon avrodan çox təklif etdiyi barədə məlumat yayılmışdı.
Van Dayk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. O, bu mövsüm “qırmızılar”ın heyətində bütün turnirlərdə 41 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Onun klubla müqaviləsinin müddəti cari mövsümün sonuna kimidir.