
Pep Qvardiola 2024/25 mövsümündə zəif nəticələrə görə “Mançester Siti”nin baş məşqçi postunu tərk edə bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “E-notices” nəşri məlumat yayıb.
İngiltərə klubunun rəhbərliyi artıq ispaniyalı mütəxəssis üçün əvəzedici seçib. “Şəhərlilər” Qvardiolanın yerinə başqa ispaniyalı çalışdırıcını – Sesk Fabreqası dəvət etmək istəyirlər.
Fabreqas hazırda İtaliya “Komo”suna rəhbərlik edir. “Mançester Siti” yayda onu dəvət etməyə hazırlaşır.