“Bu məsuliyyəti indi daha çox hiss edirəm, bəlkə də yavaş-yavaş qocaldığım üçün”

15:20 İngiltərə 99
“Bu məsuliyyəti indi daha çox hiss edirəm, bəlkə də yavaş-yavaş qocaldığım üçün”

“Liverpul”un müdafiəçisi və kapitanı Vircil van Dayk İngiltərə klubundakı gələcəyi haqqında danışıb.

Sportinfo.az “The Guardian” qəzetinə istinadən xəbər verir ki, o, İngiltərə klubunda xoşbəxt olduğunu bildirib:

“Burada olandan bəri çox yaxşı şeylər oldu və bir gün bu barədə düzgün düşünəcəm. Amma indi düşünsəm, çoxlu xoş xatirələr yada salıram.

Mən oynamağı, hər kəsin yanında olmağı sevirəm. Bu məsuliyyəti hər zamankindən daha çox hiss edirəm, bəlkə d, yavaş-yavaş qocaldığım üçün.

Özümü yaxşı hiss edirəm. Gələcəkdə nə baş verəcəyini görəcəyik”.

33 yaşlı müdafiəçi Premyer Liqanın bu mövsümündə “Liverpul”un heyətində 29 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

O, həm də Çempionlar Liqasında 9 oyun keçirib və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bala-bala...