
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel “Mançester Siti”nin hücumçusu Cek Qrilişin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində martda Albaniya və Latviya yığmaları ilə keçiriləcək oyunlarda iştirak etməməsinə münasibət bildirib.
Sportinfo.az “Standard”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Qrilişi sevdiyini söyləyib:
“Mən Qrilişi sevirəm, onun haqqında hər şeyi bəyənirəm. Mən onun şəxsiyyətini, keyfiyyətlərini sevirəm.
Bu oğlan cəsarətlidir, tribunaların təzyiqinə tab gətirə bilir, meydanda olanda fitdən qorxmur, bu ona təsir etmir.
Bu o deməkdirmi ki, o, millidə olması lazım olan futbolçudur? Bəli, yüz faiz. Amma son vaxtlar onun sadəcə ritmi yoxdur və o da, mən də bununla razıyıq.
O dedi: “Bax, Tomas, mən əvəzedici oyunçu deyiləm. Ehtiyat oyunçular skamyasından oyuna daxil olmaq, sonra yenidən ehtiyat oyunçular skamyasında oturmaq və iki həftə sonra yenidən meydançaya qayıtmaq mənim üçün çox çətindir”.
Nə qədər çox oynayırsa, bir o qədər yaxşılaşır və sonra əsl maşına çevrilir. Və o, əlbəttə ki, komandanı bir yerdə saxlayan yapışqan xarakterə malikdir. Amma o, həm də meydanda məsuliyyət daşıyır və onun qəzetlərdə və ictimaiyyətdə görünməsi, əlbəttə ki, ideal deyil.
Siz media bu barədə yazmağınıza, bunu ictimaiyyətə çatdırmağınıza sevinirsiz. Tək sizin yox, hər kəsin telefonu var.
Oyunçular məşhur və ictimai xadimlərdir. Bu, bəzən olur və hər kəsin başına gələ bilər.
Mükəmməl deyil, daha sakit olmasını istəyirik. Heç kim bunu istəmir, amma onun çağırılmamasının səbəbi bu deyildi. Bu, idman səbəbi idi…
Antoni Qordon daha çox ritm, daha çox dəqiqə, daha çox intensivliyə malikdir və Markus Reşfordu əvvəl müzakirə etdik. Beləliklə, onun yerinə bu iki oyunçu seçildi”.
29 yaşlı Qriliş İngiltərə millisində 39 oyuna çıxıb və 4 qol vurub.