Misirli hücumçunun xidmətini “Barselona”ya təklif etdilər

15 Mart 21:40 İngiltərə 103
Misirli hücumçunun xidmətini “Barselona”ya təklif etdilər

“Liverpul”un hücumçusu Məhəmməd Salah karyerasını İspaniyada davam etdirə bilər.

Sportinfo.az “Sport Diario”-ya istinadən xəbər verir ki, İngiltərə klubu ilə müqaviləsi yayda başa çatacaq misirli hücumçunun nümayəndələri onun xidmətini “Barselona”ya təklif ediblər.

Salah belə bir transfer xatirinə maaşının əhəmiyyətli dərəcədə azaldılmasını qəbul etməyə hazırdır. “Barselona” rəhbərliyi də bu transferin tərəfdarıdır.

32 yaşlı forvard bu mövsüm mersisaydlıların heyətində 39 oyun keçirib, 30 qol vurub və 22 məhsuldar ötürmə edib. Onun “Liverpul”la müqaviləsi bu ilin iyun ayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Mart 11:20 Bu, cəsarət istəyir!
15 Mart 08:20 Qeyrət üçün 50 manat