Millətlər Liqası oyunları üçün heyəti açıqladılar - SİYAHI

01:30 İngiltərə 70
Millətlər Liqası oyunları üçün heyəti açıqladılar - SİYAHI

İngiltərə millisinin UEFA Millətlər Liqası çərçivəsində bu ay Albaniya və Latviya yığmaları ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Sportinfo.az İngiltərə millisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın almaniyalı baş məşqçisi Tomas Tuxel qarşıdakı oyunlar üçün yekun siyahıya aşağıdakı futbolçuları daxil edib:

Qapıçılar: Din Henderson (“Kristal Pelas”), Cordan Pikford (“Everton”), Aaron Ramsdeyl (“Sauthempton”), Ceyms Trafford (“Bernli”);

Müdafiəçilər: Den Börn, Valentino Livramento (hər ikisi “Nyukasl”), Mark Quehi (“Kristal Pelas”), Ris Ceyms, Levi Kolvill (hər ikisi “Çelsi”), Ezri Konsa (“Aston Villa”), Miles Luis-Skelli (“Arsenal”), Jarrell Quanşah (“Liverpul”), Kayl Uolker (“Milan”);

Yarımmüdafiəçilər: Çud Bellingem (“Real”), Ebereçi Eze (“Kristal Pelas”), Cordan Henderson (“Ayaks”), Kertis Cons (“Liverpul”), Koul Palmer (“Çelsi”), Deklan Rays (“Arsenal”), Morqan Rocers (“Aston Villa”);

Hücumçular: Jarrod Bouen (“Vest Hem”), Filip Foden (“Mançester Siti”), Antoni Qordon (“Nyukasl”), Harri Keyn (“Bayern”), Markus Reşford (“Aston Villa”), Dominik Solanke (“Tottenhem”).

Digər Xəbərlər
Xəbər Lenti
14 Mart 12:40 Qara Qarayev oynayacaq?
14 Mart 10:40 4 qol - VİDEO