“Ona dedim ki, klub qazandığından daha çox xərcləyir” - Məşhurun PULUNU KƏSDİLƏR

15:40 İngiltərə 148
“Ona dedim ki, klub qazandığından daha çox xərcləyir” - Məşhurun PULUNU KƏSDİLƏR

“Mançester Yunayted”in sahibi Cim Ratkliff klubun keçmiş baş məşqçisi və sabiq səfiri Aleks Ferqyusona işdən çıxarıldığını necə dediyini açıqlayıb.

Ratkliffin gəlişindən sonra “qırmızı şeytanlar” sözün əsl mənasında hər şeyə qənaət edir və ixtisarlar adi hala çevrilib.

Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, Ratkliff, Ferqyusonla görüşdüyünü və ona klubun qazandığından çox xərclədiyini deyib:

“Mən Ferqyusonla görüşdüm və ona dedim ki, klub qazandığından daha çox xərcləyir.

Belə olan halda, biz ona ildə iki milyon funt sterlinq ödəməyə davam edə bilməyəcəyik”.

Ferqyuson son illərdə “qırmızı şeytanlar”ın səfiri vəzifəsində çalışıb. Şotlandiyalı mütəxəssis 27 il – 1986-cı ildən 2013-cü ilə kimi komandaya rəhbərlik edib və bütün mümkün klub titullarını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti